Polis 44 nəfər narkotik alverçisini yaxaladı

Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb. Müttəhimlər arasında həm Gürcüstan vətəndaşları, həm də əcnəbilər var.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Gücüstanın Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

Nazir müavininin bildirdiyinə görə, onlar Gürcüstana narkotik vasitələrin idxalında, xüsusilə külli miqdarda narkotik vasitələrin satışı, alınması və saxlanmasında ittiham olunurlar.

Polis şübhəlilərdən narkotik vasitələrin sınaq alışını həyata keçirib. Axtarışlar zamanı külli miqdarda narkotik vasitə, pul və dövlət qeydiyyatı olmayan odlu silah aşkar edilib. Saxlanılanların hamısını 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir. 

Stopnarkotik.az