Paşinyandan sülh sazişi ilə bağlı açıqlama: "13 maddə və ön söz tam razılaşdırılıb"

"Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "İrəvan Dialoqu" forumunda deyib

O, yenidən Bakı ilə razılaşdırılmış sülh müqaviləsinin maddələrinin imzalanmasını təklif edib.

"Qalan 16 maddədən üçü qismən razılaşdırılıb, onlar sözün həqiqi mənasında iki cümlədən ibarətdir", - deyə o əlavə edib.