Ötən il Azərbaycanda neçə nəfər azadlıqdan məhrum edilib?

2023-cü ildə azadlıqdan məhrum olunanların sayı 9444 nəfər olub. Onlardan beş nəfəri ömürlük həbs olunanlardır.

Stopnarkotik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azadlıqdan məhrum olunanların 280-i 10 ildən 20 ilə qədər, 1458-i 5 ildən 10 ilə qədər, 3971-i isə 2 ildən 5 ilə qədər həbs olunub.

Qeyd edək ki, 9444 nəfərdən 3730-u 2 ilə qədər azadlıqdan məhrum edilib.