Onlayn narkotik satan alverçi ələ keçdi/VİDEO

Rusiyada Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Petropavlovsk şəhərinin 19 yaşlı sakinini saxlayıblar.

O, regional mərkəzdə sintetik narkotiklərin paylanmasında şübhəli bilinir. Həbs zamanı gənc oğlandan 19 paket toz halında maddə götürülüb. Müayinə zamanı onun “α-PVP” kimi tanınan psixotrop maddə olduğu aşkar edilib. Müsadirə edilən maddənin çəkisi 35 qram olub. Hazırda məhkəməyəqədərki istintaq aparılır.

Polisin məlumatına görə, saxlanılan şəxs bir aydan az müddətdə onlayn aptekdə narkotik satıcısı kimi “işə düzəlib”. O hazırda həbsdədir. O, külli miqdarda narkotik qaçaqmalçılığına görə 7 ildən 12 ilə qədər həbs cəzası ilə üzləşir. İlin əvvəlindən bəri polis qanunsuz dövriyyədən 350 qramdan çox sintetik narkotik müsadirə edib.

Stopnarkotik.az