Rusiya miqrant qadınları narkotik ittihamı ilə şərləyib Ukraynaya müharibəyə göndərir

"Anacan, məni bağışla. Mənə daha uzun cəza versələr, müharibəyə gedəcəyəm. Orada mənə pul verəcəklər, bir ilə azad olacağam".

Stopnarkotik. az xəbər verir ki, bu məktubu yazan Dilbər Rusiyanın Omsk şəhərində məhkəməyə qədər aylarla həbsdə saxlanılıb. Onun sözlərinə görə, həbsxana əməkdaşları onu döyüb, elektroşokla işgəncəyə məruz qoyub, hədələyiblər.

Orta Asiyadan 18 yaşlı miqrant qız narkotik qaçaqmalçılığı ittihamı ilə məhkəməsini gözləyib. Dilbərin işi Rusiyanın Ukraynada dörd ildir gedən müharibəsinə Orta Asiyadan qadınları cəlb etməsini gündəmə gətirib. Orta Asiyadan minlərlə kişinin Ukraynada Rusiya qüvvələrinə qoşulduğu bildirilir. Onların bəzilərini yüksəkmaaşlı iş vədləri ilə cəlb ediblər. Əsasən məhkumlar və saxlanılan şəxslər isə Rusiya ordusuna qoşulmağa məcbur edilib. Orta Asiyadan az sayda qadın hərbi xidmətə yazılıb, amma dəqiq sayları bəlli deyil.
Dilbər Rusiyanın Omsk şəhərində məhkəməyəcən aylarla həbsdə saxlanılıb. Onun sözlərinə görə, həbsxana əməkdaşları onu döyüb, elektroşokla işgəncəyə məruz qoyub, hədələyiblər. Ona 15 ilədək həbs cəzası, yaxud Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsində iştirak qarşılığında azadlıq təklif olunub. O, ötən ilin oktyabrında, Qırğızıstanın Oş şəhərindən Rusiyaya köçəndən bir il sonra saxlanılıb. Omsk şəhərində dostları ilə gəzərkən narkotik ittihamı ilə həbs edilib. Özü ittihamları qəbul etmir. Hüquq müdafiəçiləri deyirlər ki, Orta Asiyadan miqrantları, o cümlədən qadınları, tez-tez saxta narkotik ittihamları ilə saxlayırlar.

Stopnarkotik.az