Nərimanovda narkotik dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

Abşeron sakini narkotiklə tutulub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Rüfət Mehdiyev saxlanılıb.

Ondan 3 kiloqram 100 qram marixuana, 5 qramdan artıq metamfetamin, 305 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.