Naxçıvanda rəsmi qəzetin baş redaktoru vəzifəsindən azad edildi - VASİF TALIBOVUN KADRI KİMİ TANINIRDI / FOTO

Mehriban Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad olunub.

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Qeyd edək ki, Mehriban Sultanova bu vəzifəyə 2017-ci il aprel ayının 15-dən təyin edilmişdi. O, Naxçıvan MR Ali Məclisin keçmiş sədri Vasif Talıbovun kadrı kimi tanınırdı.