ABŞ-yə bağlı Puerto-Riko dövlətinin bir sıra bələdiyyələrində polisin narkotik və silah alveri şəbəkələrinin zərərsizləşdirilməsi üzrə keçirdiyi əməliyyat nəticəsində azı 380 nəfər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Primera Hora” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, ümumilikdə reydlər nəticəsində adada 12 cinayətkar qruplaşmanın fəaliyyəti dayanıb. Əməliyyatlar zamanı hüquq-mühafizə orqanları 80-ə yaxın odlu silah, 50-dən çox avtomobil və 100 min dollara yaxın pul müsadirə edib.