“Narkotikə görə sevmədiyim insanları həyatıma buraxırdım” – 11 İL NARKOTİK İSTİFADƏ EDƏN NİGAR HƏYATINI DANIŞIR

“5 il həyatımda olan insan məni 100 manat pula “bariqa”nın qapısında qoyub getdi”

“Səhərlər dərs deyir, axşamlar narkotik satırdım”

Nigarın hazırda 25 yaşı var. 13 yaşından başlayaraq 11 il narkotik istifadə edib.

Stopnarkotik.az-a danışan müsahibimiz deyir ki, 2018-ci ildə rəhmətə gedən atası da uzun illər narkoman olub. Məhz bu səbəbdən də valideynləri ayrılmaq məcburiyyətində qalıb. Bundan sonra anası onu və özündən kiçik olan 2 qardaşını çox çətinliklə böyüdüb.

“Elə bir narkotik maddə yoxdur ki, ondan istifadə etməyim”, - deyən Nigar artıq 19 aydır ki, “ayıqdır”. İndi o, narkomaniyadan əziyyət çəkən qızların, qadınların müalicə olunduğu “Ümid Limanı” Reabilitasiya Mərkəzinin proqram rəhbəridir. Öz təcrübəsini bu qızlarla bölüşür və onların da tezliklə sağalaraq, normal həyata qayıtmasına dəstək olmağa çalışır.

Nakorik istifadə etdiyi 11 il müddətində Nigar bir çox məhrumiyyətlərə düçar olub. Hətta narkotik əldə etmək üçün müxtəlif “bariqa”larla yatağa girmək məcburiyyətində qalıb. Bütün bunları bütün çılpaqlığı ilə Stopnarkotik.az-a danışan müsahibimiz yaxınları, qohumları və onu tanıyanlar tərəfindən qınaq hədəfinə çevriləcəyindən heç də ehtiyat etmir: “Bunları danışmaqda məqsədim odur ki, qızlarımız bu yoldan çəkinsinlər. Bilsinlər ki, gələcəkdə narkotik əldə etmək üçün ya fahişə olacaqlar, ya da narkotik satmaq məcburiyyətində qalacaqlar”.

Buyurun, Nigarın həyat hekayəsini onun öz dilindən eşidin.

Müsahibədən çıxarışlar:

“Elə narkotik maddə olmayıb ki, ondan istifadə etməyim”

“Aylarla evə gəlmirdim...”

“Evdən qızıl, pul oğurlayırdım...”

“Hazırlığa getdiyim ingilis dili müəllimimin evindən telefon oğurladım...”

““Lomka”da olurdum, birinci dərsələrə getməyə gücüm çatmırdı”

“5 il həyatımda olan insan məni gətirib 100 manat pula və 1-2 istifadəlik “kokos”a “bariqa”nın qapısında qoyub getdi”

“Atam torpağa tapşırılan gün mən “bariqa” qapısında “mal” istifadə edirdim”

“18 yaşımda evdə 8 yaşlı qardaşımın yanında “patı” istifadə edirdim”

Stopnarkotik.az