Bakıda narkotik aludəçisi yas çadırının oturacaqlarını oğurladığı üçün həbs edilib.
Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayon ərazində baş verib.
Belə ki, 24 yanvar 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Nicat (şərti) yas mərasimləri üçün qurulan çadırdan 7 ədəd oturacaq oğurlayaraq satıb.
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nicat özünü təqsirli bilərək izahatında göstərib ki, o narkotik vasitədən istifadə edir və hazırda işləmir. Maddi imkanı olmadığı üçün dərman almaq məqsədilə oğurluq edib.
Məhkəmənin qərarı ilə Nicat İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1 ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.