Narkobaron El Çaponun həyat yoldaşı "Meksikalı Kim Kardaşyan" azadlığa çıxdı

"Sinaloa" kartelinin keçmiş lideri El Çaponun həyat yoldaşı Emma Koronel ABŞ həbsxanasından böyük səs-küylə çıxıb.

Stopnarkotik.az xəbər verir ki, sabiq narkomafiya liderinin xanımı həbsxanada iki ildən az vaxt keçirib. 

2021-ci ilin noyabrında “Madam Sinaloa” eyniadlı kartelin fəaliyyəti ilə əlaqəyə və beynəlxalq narkotik ticarətində iştiraka görə üç il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bir il əvvəl isə “meksikalı Kim Kardaşyanın” vəkilinin 2023-cü ilin sentyabrında müvəkklinin azad edilməsini necə təmin etdiyi barədə söhbətlər gedirdi. İndi yazırlar ki, “Madam Sinaloa” vaxtını Texasdakı federal həbsxanada keçirib və Kaliforniyadakı müvəqqəti həbsxanadan buraxılıb. “Meksikalı Kim Kardaşyan”ın  (yeri gəlmişkən, o ABŞ vətəndaşıdır) daha sonra hara getdiyi məlum deyil. Xatırladaq ki, El Çapo həbs edildikdən sonra "Sinaloa" narkotik kartelinə oğlu Ovidio Qusman Lopes rəhbərlik edirdi. Güman edilir ki, Ovidio Qusman Lopes hazırda həbsdə olmasına baxmayaraq, da qardaşları İvan Arkivaldo Qusman və İsa Alfredo Qusman, həmçinin İsmael Zambada ilə birlikdə narkokarteli idarə edir.

Stopnarkotik.az