MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU - Ordumuz cavab tədbirləri gördü

Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.