İyulun 28-də gecə saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
O qeyd edib ki, PUA-lar zərərsizləşdirilib, dağıntı və xəsarət alan olmayıb.
Rusiya Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib. Nazirlik hücuma görə Ukraynanı ittiham edib. Bildirilib ki, PUA hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.
Qeyd edək ki, sonuncu dəfə dörd gün əvvəl, iyulun 24-də Moskvaya PUA-larla hücum edilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi PUA-ların zərərsizləşdirildiyini açıqlayıb.