Molla rejimi azərbaycanlı fəal və gənc müəllim Əli Rezaini 6 il müddətinə azadlıqdan məhrum edib.
Stopnarkotik.az "Mouze" teleqram kanalına istinadən xəbər verir ki, o, sövdələşmədə və sistem əleyhinə təbliğatda günahlandırılır.
Rezai ailəsinin yaxınlarının bildirdiyinə görə, bu hökm Əlinin dindirilmə zamanı işgəncələrə məruz qaldığı və 193 günlük həbsdə olduğu vaxt verilib, ailənin təkidinə baxmayaraq, məhkəmə orqanları onun hakimlə görüşməsinə və vəkilin görüşə girməsinə icazə verməyib.
Rezai ana dilində təhsil haqqının və Urmu gölü məsələsinin müdafiəçisi idi.
O, eyni zamanda informasiya texnologiyası mühəndisi, beynəlxalq yoqa təlimatçısı və türk dili müəllimidir.