Türkiyənin Mersin şəhərinin Jandarma Komandanlığı qrupları tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şübhəlilərə qarşı keçirilən əməliyyatda 22.400 sintetik narkotik həbi müsadirə edilib və nəzarətə alınan 7 şübhəli həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, Mersin jandarma komandanlığı qrupları şəhərin Yenişehir rayonunda 7 şübhəlinin narkotik qaçaqmalçılığı etdiyi barədə məlumat aldıqdan sonra araşdırma başladıb. Texniki və fiziki müşahidədən sonra qruplar şübhəlilərin şəxsiyyətini və ünvanlarını müəyyən edərək müəyyən edilmiş ünvanlarda və nəqliyyat vasitələrində eyni vaxtda əməliyyatlar apardılar. Tutulub nəzarətə alınan 7 şübhəlinin nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı sintetik narkotik həblər müsadirə edilib. Jandarmada prosedurları tamamlanan 7 şübhəli, göndərildikləri məhkəmə tərəfindən həbs edilib.
Stopnarkotik.az