MİT “MOSSAD”A QARŞI – “Şeytan üçbucağı” deşifrə edilib

Son vaxtlar Türkiyədə fəaliyyət göstərən İsrail, Rusiya və İran kəşfiyyatına bağlı casuslara qarşı uğurlu əməliyyatlar keçirən Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) növbəti uğura imza atıb.

Türkiyənin "Sabah" nəşri xəbər verir ki, "MİT" İstanbul Bölgə Başçılığının əks-kəşfiyyat idarəsinin bölmələri İsrailin "Mossad" kəşfiyyat qurumunun Türkiyəyə qarşı apardığı kəşfiyyat fəaliyyətini deşifrə edib.

"MİT"-in əldə etdiyi məlumata görə, "Mossad" xüsusi kəşfiyyat qabiliyyətinə malik insanları seçərək, xaricdə onlara təlimlər keçib. İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı həbs edilən - Ahmet Koray Özgür, Alperen Erkut, Halid Alnebhen, Gizvan Amori, Nizar Saaddeddin, Muhammed Murii və Khaled Nijim "Mossad" üçün çalışdıqlarını etiraf ediblər. Ümumikdə isə 56 nəfərin "Mossad" adına çalışdığı güman edilir.

 

Casus proqramları olan viruslu saytlar

 

Məlum olub ki, Türkiyədəki casuslarla İspaniya, İngiltərə, Almaniya, İsveç, Malayziya, İndoneziya və Belçikada yerləşən saxta internet data xətləri üzərindən əlaqə qurulub. Qrupun rəhbərlərindən biri olan və əsl şəxsiyyəti müəyyən edilə bilməyən "Şirin Alayan" saxta kod adlı "Mossad" üzvü tərəfindən, "najarland.com", "almeshar.com", "nasrin-news.com hresource", "co.uk" xəbər saytlarının qurulduğu, bu yolla hədəfə alınan şəxsin telefonlarına qanunsuz giriş edildiyi məlum olub.

Türkiyədəki casuslar onlayn şəkildə kiber təhsil alıblar

İstanbulda İsrail üçün çalışan casuslara Tel-Əvivdə yerləşən casus proqram şirkəti "Cyberintellingence International Private Ltd"-nin direktoru Priyanşi Patel Kulhari tərəfindən xususi təlimlər keçirilib. Həmin şəxslərə onlayn kiber təlim və texniki dəstək xidmətləri göstərilib. Kulharinin İstanbuldakı casuslarla daim əlaqədə olduğu məlum olub.

Xaricdə əməliyyat qrupu yaradılıb

"MİT, "Mossad"ın İstanbuldakı casuslarını kəşfiyyat məlumatları toplamaq üçün Livan və Suriyaya da göndərdiyini müəyyən edib. Həmçinin, Malayziya, İndoneziya və İsveçdə müxtəlif iş sahələrinə bağlı saxta ofislərin qurulduğu, amma əslində bütün əməliyyatların İsrailin paytaxtı Təl-Əvivdən idarə olunduğu məlum olub.

"MİT"in əldə etdiyi məlumata görə, casuslar İstanbulda misirli müxalifətçi jurnalist, misirli həkim, Aksarayda çalışan valyutadəyişmə bürosunda şalışan misirli bir işçini və "Beyaz Eller" adlı dərnəyin fəaliyyətini təqib ediblər./azpolitika.info