MİT İraqda əməliyyat keçirdi: PKK-nın rəhbər şəxslərindən biri məhv edildi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı-MİT) İraqın şimalında yerləşən Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.

Stopnakotik.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərlərindən biri olan Şevger Azad/Aras kod adlı Hüsnü Kümek öldürülüb.

O, qruplaşmanın Süleymaniye bölgəsindəki dəstələrinə rəhbərlik edirmiş.