Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Abdulla Abatsiyev xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi üzrə həbs edilib.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, 31 yaşlı idmançı cinayətkarların 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.
Abatsiyev 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq oyununda (0:2) iştirak edərək Azərbaycan millisinin heyətində bir oyun keçirib. Klub səviyyəsində yarımmüdafiəçi Azərbaycanda "Sumqayıt" və "İnter" (red - indiki "Şamaxı") klublarında çıxış edib. Eləcə də Rusiya təmsiçiləri "SKA Rostov", "Olimp Ximki", "Mashuk-KMV" və "Armavir"də top qovub.