Məhkumun gizlətdiyi silah tapıldı

Oktyabrın 10-da Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 2 saylı istintaq təcridxanasında saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi 1 ədəd lüləsi kəsik ov tüfəngi və 4 ədəd güllə Göygöl rayonu Çaylı kəndində boşluq ərazidə aşkar edilərək götürülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.