Məhkəmə Trampı jurnalistə təcavüzdə təqsirli bildi - 5 MİLYON DOLLAR ÖDƏYƏCƏK

ABŞ məhkəməsi keçmiş Prezident Donald Trampı jurnalist Ceyn Kerrolla təcavüz etməyə cəhddə təqsirli bilib.

Stopnarkotik.az xarici mediaya istinadən xəbər verir ki, habelə Trampın köşə yazarına böhtan atdığı da məlum olub.

2024-cü ildə yenidən prezident seçilmək istəyən Tramp zərərçəkmişə 2 milyon dollar, habelə böhtan və köşə yazarının nüfuzuna vurulan zərərə görə əlavə 3 milyon dollar təzminat ödəyəcək.

Qeyd edək ki, C. Kerroll Trampın 1996-cı ildə Nyu-Yorkdakı “Bergdorf Goodman” adlı mağazanın soyunub-geyinmə otağında ona cinsi təcavüz etdiyini bildirib.

Tramp isə “o qadın mənim tipim deyil” deyərək ittihamları rədd edib.