Məhkəmə Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi ilə bağlı qərar verdi

Məhkəmə Naxçıvanın sabiq Penitensiar Xidmətinin rəisi Tofiq Həsənov barədə qərar verib.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində hakim Əsgər Novruzovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun apellyasiya şikayətinə baxılıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, T.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.