Meksikalı narkomafiya lideri "NAYARİT QƏSSABI" kimdir?

“Nayarit qəssabı" - bəziləri Meksikanın “El Menço” kriminal təşkilatının liderinin yaxın ətrafına daxil olan “Yeni Nəsil Xalisko” kartelinin "yüksək ranqlı komandanlığı"nın kapolarından biri olan “El Hardinero” ləqəbli Audias Flores Silvanı belə adlandırırlar. Stopnarkotik.az bildirir ki, narkomafiya rəhbərinin qətl siyahısına daha bir meksikalı jurnalist daxil olub. 

Bir sıra öldürülmüş jurnalistlər içindən olan meksikalı jurnalist Luis Martines Sançes Nayarit ştatında oğurlanaraq vəhşicəsinə qətlə yetirilib. Sançesin cəsədinin üzərində belə bir yazı tapıldı: “İstədiyinizi yazın, amma ailələrimizlə qarışmayın”.

Fakt budur ki, Sançes Nayaritdəki xüsusi konsertdə regional “CJNG”-Xalisko kartelinin komandirlərinin fotoşəkillərini əldə edə bildi. Üstəlik, jurnalistin “El Hardinero”nun-“Nayarit qəssabı”nın özünün ailə məclisində çəkilmiş fotosunu əldə etdiyi, lakin hələlik ictimaiyyətə açıqlanmadığı iddia edilir.

Yeri gəlmişkən, "El Hardinero" ləqəbi "Bağban" deməkdir. Audias Flores Silva niyə belə bir ləqəb alıb? Bunu təxmin etmək çətin deyil. Yəqin ki, o qəssab ləqəbini almaq üçün özünü doğruldub.

Böyük bir narkotik baronunu təzə fotoşəkillərinin dərci ilə təhdid etməyin nə ilə nəticələnəcəyini də uzun müddət izah etməyə dəyməz. Onlar illərdir öz həqiqi simalarını gizlətməyə çalışırlar, bəziləri ictimaiyyətin onları tanımaması və onları axtarışa verən səlahiyyətlilərin işini çətinə salmaq, izi itirmək üçün hətta plastik əməliyyat da edirlər. Belə çıxır ki, “Nayarit qəssabı”ailə fotolarındakı keçmişdəki əsl simasının üzə çıxmasını və o vaxtkı adamın indi kim olmasının aşkarlanmasnı əngəlləmək üçün jurnalist Luis Martines Sançesin həytına son qoyub.

Stopnarkotik.az