Dünya narktoik istehsalının ana nöqtələrindən birinin Meksika olduğu məlumdur. O da məlumdur ki, keçirilən müxtəlif əməliyyatlara baxmayaraq, istehsalın qarşısının alınması mümkün olmur, əksinə bu ölkə narkotik laboratoriyalarının işlədiyi qaynar ocaqdır. Məntiqlə, əgər illərlə keçirilən əməliyyatlara baxmayaraq, vəziyyəti dəyişmək mümkün olmursa, burada hakim zümrə ilə narkoticarət personajlarının "anlaşması" öz sözünü deyir. Məsələn, Meksikadan söhbət gedirsə, bəzi nüansları qeyd edə bilərik.
“00” ləqəbli Xose Rene Bastidas Estrada Sinaloa kartelinin ən vacib üzvlərindən biridir. O, Cənubi Kaliforniyada güclü mövqeyə malikdir və İvan Arçivaldo Qusmanın mühüm şəriki hesab olunur.
Rene və ailəsi Sinaloa əyalətinin Aloya dağ şəhərində yaşayır, şəhər çox yaxşı mühafizə olunur və hərtərəfli yoxlama olmadan heç kim ora daxil ola bilməz. Onun həyat yoldaşı Ana Karen Medina Sinaloa əyalətindəki Elota şəhərinin meridir və yayılan şayiələrə görə, o əri ilə Meksika siyasi elitası arasında koordinator rolunu oynayır. Hətta onun Meksikanın indiki və gələcək prezidenti ilə birlikdə çəkdirdiyi fotoşəkillər də var.
Stopnarkotik.az xəbər verir ki. bəzi şayiələrə görə, Rene hər il 110-cu Piyada Batalyonunun komandanlığına və Meksika ordusunun yüksək rütbəli rəhbərliyinin üzvlərinə nəzarət etdiyi ərazilərdə hərbi əməliyyatlardan tam toxunulmazlıq üçün rüşvət almaq üçün təxminən 50 milyon dollar xərcləyir.
Maraqlıdır ki, son illər Sinaloa ştatında sintetik narkotik istehsal edən yüzlərlə laboratoriya dağıdılıb, lakin Rene Bastidasın vətəni olan San İqnasioda belə hallar olduqca nadir hallarda qeydə alınıb.
Hazırda Rene Bastidasın nəzarəti altında olan Sinaloanın sahil sektorunda Latın Amerikasının ən böyük dəniz limanlarından birinin tikintisi üzrə planlar aparılır.
Liman Cənubi Amerikadan kokain və Asiyadan kimyəvi prekursorların idxalı üçün əsas yerə çevrilə bilər ki, bu da Reneyə regionda misilsiz güc verəcək.
Bəs ölkəmizdən söhbət düşsə, eyni faktorlar bizdə də daha alt ranqlarda keçərli ola bilərmi? Ən azından bu versiyanın üzərində fikir yürütməyə dəyər...
Stopnarkotik.az