Mədəsində 380 qram metamfetamin daşıyan İranlı narkokuryer saxlanıldı - VİDEO

İstanbul Hava Limanında polis 51 yaşlı İran vətəndaşı olan narkokuryer saxlanılıb. O, yeriməkdə çətinlik çəkdiyi üçün şübhə doğurub. 

Məlumata görə, o, 20 min lirə qazanmaq üçün narkotik daşımağa razı olub. Buna görə də dərhal xəstəxanaya aparılıb.

Stopnarkotik.az xəbər verir ki, yoxlama zamanı onun mədəsində narkotik olan kapsullar tapılıb. Həkimlər əməliyyat və təbii yolla onun mədəsindən ümumilikdə 26 kapsulda 380 qram narkotik çıxarıblar.

O, bir həftə xəstəxanada polis nəzarəti altında müalicə alıb. Müalicəsi və polis bölməsindəki işlər başa çatdıqdan sonra məhkəməyə çıxarılıb. Məhkəmə onun araşdırma bitənə qədər həbsdə qalmasına qərar verib. 

Stopnarkotik.az

**

**