Masazırda yeniyetmə qız binadan yıxıldı, saat yarım götürən olmadı

Abşeronda yeniyetmə binadan yıxılıb.

Hadisə Masazır qəsəbəsi Füzuli küçəsində baş verib. 14 yaşlı qız binanın 2-ci mərtəbəsində yaşadıqları evin pəncərəsindən yıxılıb. Şahidlərin sözlərinə görə, nəticədə zərərçəkənin qolu və ayaqları sınıb.

Şahidlər həmçinin bildirir ki, gecə saatlarında hadisə baş verən kimi dərhal təcili tibbi yardıma məlumat veriblər. Lakin 1.5 saata həkim briqadası gəlmədiyi üçün qonşular özləri zərərçəkəni şəxsi avtomobilləri ilə xəstəxanaya aparmalı olublar. 3 saat sonra isə təcili tibbi yardım stansiyasından müraciət edən qonşuya zəng gəlib və "ambulansa ehtiyac olub-olmadığı" soruşulub.

Yeniyetmənin Kliniki Tibbi Mərkəzə yerləşdiyi bildirilir./lent.az