Maqomed Musayev “Forbes Media Group” şirkətini satın aldı – 800 MİLYON DOLLARLIQ “BAZARLIQ” ÇOXLARINI TƏƏCCÜBLƏNDİRDİ…

Dağıstan əsilli rusiyalı iş adamı Maqomed Musayev qlobal “Forbes” brendinin sahibi olan “Forbes Media Group” şirkətini alıb. Stopnarkotik.az xəbər verir ki, “Forbes” dünyanın ən nüfuzlu maliyyə-iqtisadi jurnalıdır, 70 ölkədə, qırx yerli versiyada, 26 dildə nəşr olunur.

Musayev jurnalın əməkdaşlarından birinə deyib: “Mən indicə qlobal “Forbes”-i aldım. Bu, dünyanın ən nüfuzlu brendinin açarıdır, bu açar mənə hər bir ünvana giriş imkanı verəcək".

Maraqlıdır ki, ictimai yerlərdə iş adamı bu satınalma faktını qəti şəkildə inkar etsə də, şəxsi söhbətlərində sevincini gizlədə bilmir.

Xatırladaq ki, 60 yaşlı Maqomed Musayev Rusiyanın “Forbes” franşizasının sahibidir. 2018-ci ildə onu əldə edəndə çoxlarının sualları var idi: ona, media biznesindən uzaq bir adama bu niyə lazım idi? Hətta o zaman belə bir versiya ortaya çıxdı ki, nüfuzlu biznes jurnalı Musayevə deyil, onun qayınatası, Rusiya siyasətinin veteranı və Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipova lazımdır. Nüfuzlu media orqanı dayanıqlı aktiv və potensial təsir rıçaqıdır. Güman edilir ki, media bazarında belə böyük əməliyyat Kremlin razılığı olmadan mümkün deyildi.

Qeyd edək ki, “Forbes”-in rəsmi sahibi 28 yaşlı amerikalı milyarder Ostin Rasseldir. May ayında “Forbes”-in 800 milyon dollara alınması elan ediləndə çoxları təəccübləndi: ekspertlərin fikrincə, aktivin dəyəri, çox yüksək - iki yüz milyon dollar artıq qiymətləndirilib. Təkcə onu demək kifayətdir ki, bu, “The Washington Post”, “Fortune” və “Time” jurnallarının ümumi bazar dəyərindən çoxdur.

Stopnarkotik.az