Liseydə şagirdlərə narkomaniyanın zərərləri haqda məlumat verilib - FOTO

Polis Nərimanov rayonunda yerləşən İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində maarifləndirici tədbir keçirib.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə iştirak edən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkomanlıq və onun yaratdığı təhlükələrdən, həmçinin dini radikalizmin zərərli təsirlərindən danışıb, kibertalamalarla mübarizə üsulları barədə məlumatlar verib, bu istiqamətlərdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs ediblər. Həmçinin şagirdlərə zərərli vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri üçün tövsiyələr verilib.

Sonda mövzularla bağlı suallar cavablandırılıb.**