Şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidən Report-a verilən açıqlamada qeyd olunub.
“Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.