Laboratoriyada metadon istehsal edənlər narkoəməliyyatda ələ keçdi

Gürcüstanda genişmiqyaslı narkoəməliyyat keçirilib və bu zaman rekord həddə 28 kiloqram metadonun müsadirə edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin DİN nazirliyi açıqlama yayıb. 

Cinayətkarlar Tiflis və bölgələrdə müxtəlif ünvanlarda yerləşən yaşayış mənzillərində qurulmuş bir neçə narkotik laboratoriyasında narkotik və psixotrop maddələr istehsal edirmişlər. İstixanalarda da külli miqdarda kannabis qanunsuz olaraq yetişdirilir və becərilirmiş.

Narkotik becərilməsi üçün lazım olan materiallar, eləcə də onların satışından əldə edildiyi ehtimal edilən vəsaitlər sübut kimi müsadirə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin odlu silah və sursat müsadirə ediblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236, 260, 261, 262, 263 və 265-ci maddələri ilə aparılır ki, bu maddələr 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Stopnarkotik.az