Hüquq-mühafizə orqanları narkotik məlumatlarını yayan 440-dan çox internet saytını müəyyən edib.
Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.
KTMT-yə üzv ölkələrin ərazisində keçirilən “Kanalların qarşısının alınması” əməliyyatı zamanı ilkin məlumatlara görə, 900 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Əməliyyat sentyabrın 11-dən 15-dək KTMT-yə üzv dövlətlərin ərazisində həyata keçirilib.
“KTMT ölkələri ərazisində həyata keçirilən əlaqələndirilmiş tədbirlər nəticəsində qanunsuz dövriyyədən 897 kiloqramdan çox narkotik vasitə, ondan 237 kiloqram marixuana, 279 kiloqramdan çox narkotik bitki, 301 kiloqramdan çox həşiş, 200 kiloqramdan artıq narkotik vasitə götürülüb. 61 kiloqram mefedron və bir kiloqram metamfetamin, 2 kiloqram heroin, 34 kiloqramdan artıq prekursor və bir kiloqram güclü təsiredici maddə aşkar edilərək götürülüb”, - deyə idarənin mətbuat mərkəzindən bildirilib.
Bundan əlavə, 850-dən çox narkotik cinayətini müəyyən etmək və narkotiklərlə əlaqəli cinayətlərə görə 400-ə yaxın insanı həbs etmək mümkün olub.