Karqo ilə göndərilən soyuducudan 28 kiloqram metamfetamin tapıldı/VİDEO

İstanbulda karqo ilə göndərilən soyuducuda gizlədilmiş 28 kiloqram 150 qram metamfetamin müsadirə edilib və bir şübhəli saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, İstanbul Polis İdarəsinin əməliyyat qrupları narkotiklərlə mübarizə çərçivəsində Esenyurtda əməliyyat keçirib. Əməliyyat zamanı yük daşınmasının içərisində soyuducuda gizlədilmiş 28 kiloqram 150 qram metamfetamin aşkar edilib.

Aşkarlanan narkotik maddələr müsadirə edilib. Əməliyyat çərçivəsində bir şübhəli tutularaq nəzarətə alınıb.

Stopnarkotik.az