Kamran Əliyev vəzifəsindən azad edildi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, xidmətdə olmanın son yaş həddinə görə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.