Keçən həftədən etibarən İtaliyada tərkibində təbii kannabidiol olan və oral istifadə üçün nəzərdə tutulan preparatlar narkotik kimi təsnif edilir. Bu cür məhsullar yalnız apteklərdən həkim resepti ilə alına bilər.
Stopnarkotik.az xəbər verir ki, fərman sentyabrın 20-dən qüvvəyə minib. Bu məhsulların reklamı da qadağandır və onların istehsalı, saxlanması və yayılması üçün icazə tələb olunur.
Bu, yalnız ağızdan istifadə üçün tərkibində kannabidiol olan məhsullara aiddir. Buna görə də, bu qaydalar tərkibində kannabidiol yağı olan sintetik məhsullara və kosmetikaya şamil edilmir. Hazırda İtaliyada təbii kannabidiol olan yağlar adi mağazalarda və apteklərdə satılır.
Stopnarkotik.az