“İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək” - Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi

İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Zəngəzur dəhlizini təklif etməklə, bəzi dövlətlərin qeyri-qanuni məqsədləri barədə xəbərdarlıq edib.

O, tvitində qeyd edib:

“Bir daha öz maraqlarına dayaqlanıb regiona biganə olan bəzi dövlətlər Zəngəzur dəhlizi məsələsini gündəmə gətirib və Cənubi Qafqazda qeyri-qanuni məqsədlərə nail olmaq üçün hər qapını döyürlər.

Sizə xatırladıram ki, regionda və ya ondan kənarda əvvəlki uğursuz təcrübəni təkrarlamaq istəyən istənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”./yenisabah.az