“3+3” regional məşvərət formatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat verilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak edirlər.
Xatırladaq ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində dörd ölkənin xarici işlər nazirlərini qəbul edib.
Türkiyə KİV-ləri xəbər verir ki, görüş Dolmabağça sarayında baş tutub.
Qəbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak ediblər.
Görüş mətbuata qapalı keçirilib.