İsrailin sutka ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 17 nəfər ölüb.
Stopnarkotik.az apa-a istinadən xəbər verir ki, hərbi aviasiyasının hədəfində əsasən regionun cənub və mərkəzi hissələri olub.
Rəfah bölgəsindəki aviazərbələr zamanı isə bir ailənin üzvü olan 5 nəfər həlak olub.
Nuseyrada qaçqın düşərgəsi və Qəzzanın şimalına hava reydləri zamanı 4 nəfər həyatını itirib. Zərbələrin hədəfində ümumilikdə 40 fərqli məntəqə olub.
İsrail ordusu əsasən tank əleyhinə raket, habelə minaatanlardan istifadə edildiyini açıqlayıb.
Bu arada, “İslami Cihad” qruplaşması İsrailin cənubunu hədəfə alıb. Dağıntı və tələfat barədə informasiya verilməyib.
Qeyd edək ki, Fələstinin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hərbi müdaxiləsi zamanı 38 min fələstinli qətlə yetirilib.