On ildən artıqdır ki, ilk dəfə olaraq İsraildə tibbi kannabis terapiyası alan xəstələrin sayında azalma qeydə alınıb.
"Journal of Cannabis Research" jurnalında dərc olunmuş bir araşdırmaya görə, ölkədə 2024-cü ilin yanvar ayında 140.483 aktiv lisenziyanın pik həddini keçdikdən sonra icazələrin və reseptlərin ümumi sayı 7,5% azalaraq 2025-ci ilin mart ayına qədər təxminən 129.900-ə düşüb.
Ekspertlər bu azalmanı ictimai səhiyyə göstəricilərində obyektiv yaxşılaşma ilə deyil, 2024-cü ilin aprelində qüvvəyə minən islahatın nəticələri ilə əlaqələndirirlər. Səlahiyyətlərin tibbi sığorta fondlarına ötürülməsi daha sərt inzibati nəzarətə və milli hesabatlarda "kor nöqtələrin" yaranmasına səbəb oldu, bu da bir çox xəstəyə lisenziyanın yenilənməsini çətinləşdirdi.
Kannabsi istifadəçilərinin 63%-i onu onkoloji olmayan xroniki ağrı üçün istifadə edir. Travma sonrası stress pozğunluğu kannabis istifadə edənlərin içində ikinci ən çox yayılmış diaqnoz oldu: onun payı 9%-dən 17%-ə yüksəldi.
Eyni zamanda, yağların istifadəsi ilə bağlı tibbi tövsiyələrə baxmayaraq, kannabis bazarının 94%-i siqaret çəkmək üçün bitkinin çiçəkləri istifadə olunur, kannabis yağı istifadə edənlərin payı isə 5%-ə düşüb.
Stopnarkotik.az