İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında tanklardan istifadə edərək gecə saatlarında məqsədyönlü reyd keçirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Gecə ərzində İsrail Müdafiə Qüvvələri döyüşlərin növbəti mərhələlərinə hazırlıq məqsədilə Qəzza zolağının şimalında tanklardan istifadə edərək məqsədyönlü reyd keçirib. Reydin sonunda əsgərlər ərazini tərk ediblər", - bəyanatda deyilir.
İsrail ordusu Qəzza zolağının şimalında HAMAS yaraqlılarına da zərbələr endirib. Qeyd olunur ki, gecə döyüşləri zamanı İsrail əsgərləri terrorçuları, onların infrastrukturunu və tank əleyhinə raket buraxılış məntəqələrini aşkar edərək onlara zərbələr endirib, həmçinin döyüş meydanının hazırlanması üzrə əməliyyatlar həyata keçirib.