İspaniyada minlərlə insan istidən öldü

İspaniyada 2026-cı ilin əvvəlindən bəri müşahidə olunan ekstremal istilər nəticəsində 3 800-dən çox insan həyatını itirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes İqlim Sığınacaqları Şəbəkəsinin təqdimatı zamanı çıxışında məlumat verib.

Baş nazir bildirib ki, son illərdə ekstremal hava hadisələrinin insanların həyatı üçün yaratdığı risklər əhəmiyyətli dərəcədə artıb.

Pedro Sançes vurğulayıb ki, hökumət iqlim böhranının təsirlərini azaltmaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirləri daha da gücləndirəcək.