Xarici mətbuatda yer alan xəbərə görə, terror təşkilatı İŞİD Çempionlar Liqasını hədəf alıb.
Terror təşkilatı dörddəbir final matçlarının keçiriləcəyi London, Paris və Madriddəki 4 qarşılaşma üçün stadionlarda qırğınları təşviq edən “hamını öldürün” mesajını paylaşıb.
1/4 finalda Londonda "Arsenal" və "Bavariya", Madriddə “Real” və “Mançester Siti”, Parisdə PSJ və “Barselona”, Madriddə isə “Atletiko Madrid” və “Borussiya Dortmund” komandaları üz-üzə gələcək.
Məlumata görə, İŞİD-in təhdidindən sonra 3 şəhərdə təhlükəsizlik tədbirləri artırılıb. Terror təhlükəsi xəbərdarlığı 4-cü səviyyəyə qaldırılıb.
Terror təşkilatının paylaşdığı fotoda matçların keçiriləcəyi 4 stadionun adı yer alıb və “hamını öldürün” mesajı yazılıb./musavat.com