NATO ölkələri İranın nüvə silahı yaratmasına icazə verməyəcək və onu beynəlxalq öhdəliklərə əməl etməyə çağıracaq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə alyansın çərşənbə axşamı Vilnüsdə keçirilən sammitin yekunlarına dair bəyannaməsində deyilir.
Sənəddə deyilir: "Biz İranın nüvə silahı yaratmasının qarşısını almaqda qərarlı olduğumuzu bir daha bəyan edirik. Biz İranın nüvə proqramının inkişafından dərin narahatıq".