Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı M.Mohammadin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Mohammadi 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə, Əfqanıstan vətəndaşı, 2001-ci il təvəllüdlü M.Mohammad ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan ərazisinə qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən, işləmək məqsədi ilə 19 mart 2023-cü il tarixdə, saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən sərhəd zastavasından qəsdən qanunsuz olaraq İrandan Azərbaycan istiqamətində keçib. O, 20 mart 2023-cü il tarixdə, saat 01:40 radələrində Azərbaycan Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonunun Pənsər kəndinin ərazisində saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.