İranda uşaq oğurluğu halları artıb.
Stopnarkotik.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Əhvaz İnsan Hüquqları Mərkəzinin icraçı direktoru Feysəl Mərməzi açıqlamasında bildirib.
Yayılan görüntülərə görə, sözügedən hadisə İranın Əhvaz şəhərində baş verib.
Bildirilib ki, balaca qızı oğurlayan şəxs onun ailəsindən ya fidyə olaraq pul tələb edəcək, ya da qız SEPAH tərəfindən həyata keçirilən uşaq orqanlarının alveri ilə məşğul olan şəxslərə təslim olunacaq.