İranda spirtli içki hazırlayanlara ölüm cəzası verildi

İran məhkəməsi Əlburz əyalətində spirtli içki istehsal edən və satan dörd nəfəri ölüm cəzasına məhkum edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fars agentliyi məhkəmə nümayəndəsinə istinadla məlumat yayıb. İttiham edilən şəxslər tibbi spirt alaraq onu digər komponentlərlə qarışdırır və satırmış.

İranda alkoqollu içkilərin istehsalı, satışı və istifadəsi qadağandır. Ölkə vətəndaşları leqal şəkildə yalnız texniki və tibbi spirt ala bilirlər. İranda yalnız ermənilərə və assuriyalılara spirtli içkilərin istehsalı və istifadəsinə rəsmən icazə verilib.