İranda daha 5 məhbus edam edilib.
İranda İnsan Haqları Təşkilatının məlumatına görə, dünən Xürrəmabad, Əhvaz və Bircənd şəhər həbsxanalarında 5 məhbusun edam hökmü icra edilib.
Qeyd edək ki, edam edilən 3 məhbus narkotik maddələrin qaçaqmalçılığında, digər 2 nəfər isə qəsdən adam öldürməkdə ittiham ediliblər.
Xatırladaq ki, son iki gün ərzində ölkədə edam olunanların sayı 17 nəfərə çatıb.