İranda gənc oğlan sosial şəbəkədəki paylaşımına görə həbs edildi - FOTO

İranda Əmir Məhəmməd Rzayi Ərdəkani adlı gənc sosial şəbəkədə paylaşımına görə həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, o, “Instagram” hesabından bir neçə etiraz paylaşımı edib. Bundan sonra 20 yaşlı gənc “İran hakimiyyətini təhqir etmək və yalan məlumatlar dərc etmək” maddələri ilə ittiham olunub.

Məlumata görə, Əmir Ərdəkani hazırda repressiv hökumət qüvvələri tərəfindən dindirilir, həmin qüvvələr onun ailəsindən və qohumlarından bu barədə susmağı tələb ediblər.

O da vurğulanır ki, atasını itirən gəncin anası övladının problemi ilə təkbaşına məşğul ola bilmir.