"İran Azərbaycana ona görə nifrət edir ki..." - İsrailin aparıcı nəşrindən AÇIQLAMA

“İran Azərbaycana ona görə nifrət edir ki, şiələrin çoxluq təşkil etsə də, o, dünyəvi, müasir, tolerant və multikultural ölkə olmağa üstünlük verib... İran Azərbaycanla münaqişədə həmişə Ermənistanı dəstəkləyib və aralarındakı sülh müqaviləsini pozmaq üçün əllərindən gələni edir. Çünki sülhün bağlanması İranın regionda təsirinin azalmasına gətirib çıxaracaq”. Stopnarkotik.az xəbər verir ki, bu fikirləri İsrailin aparıcı “beyin mərkəzlərindən” birinin "Begin-Sadat" Mərkəzinin eksperttopi doktor Mordexay Keydar bildirib.
“İsrail Hayom”da (Baş Netanyahunun qeyri-rəsmi ruporu) dərc olunan rəy yazısında Keydar İranın Azərbaycanı zəiflətmək istədiyini vurğulayır. “İran əhalisinin 40%-i Azərbaycan əsilli olduğundan və bu insanlar İrandan ayrılıb müstəqil Güney Azərbaycan yaratmağa can atdıqları üçün iranlılar Azərbaycandan qisas alırlar... çünki onlar güclü Azərbaycanı öz varlıqlarına təhlükə hesab edirlər. Nəhayət, Şuşa, Füzuli, Ağdam və Qarabağın digər şəhərlərini geri qaytaran güclü Azərbaycan bir zamanlar 1828-ci ildə Qacarlarla ruslar arasında müstəmləkəçi Türkmənçay müqaviləsi nəticəsində ondan haqsız yerə ayrılmış Təbrizi və digər Azərbaycan şəhərlərini geri qaytara bilər”, deyə Keydar iddia edir.

Stopnarkotik.az