Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, müzakirələr 5 saata yaxın davam edib.
***11:26
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilir.
Stopnarkotik.az xəbər verir ki, görüş əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.
Daha sonra hər iki tərəfin nümayəndə heyətləri zalı tərk ediblər.
Hazırda görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək formatda davam edir.
***09:09
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

