Son 30 ildə hər mövsüm Naxçıvandan gətirilən turp, tərxun, üzüm yarpağı, cəfəri, reyhan kimi təzə göyərtilərin İğdırda satışına qadağa qoyulub.
Stopnarkotik.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə İğdırın yeni bələdiyyə sədri qərar qəbul edib.
Qəfil verilən qadağa qərarı İğdırlıların da ciddi narazılığına səbəb olub.
Hər mövsüm təzə göyərti alan Türkiyə vətəndaşları indi kənardan gətirilən oxşar məhsulları xeyli baha qiymətə almaq məcburiyyətində qalacaqlarını deyirlər.
İllərdir bu məhsulları sərfəli qiymətə satan Naxçıvandan olan satıcılar isə sözügedən qərardan sonra qazancını itirib.
İğdır sakinləri Türkiyənin müvafiq dövlət qurumlarına müraciət edərək, problemi təcili həll etməyə çağırıb.
Sakinlərin sözlərinə görə, Naxçıvandan gətirilən göyərtiləri satan şəxslər üçün münasib yerin ayrılması həm vətəndaşların narazılığını aradan qaldıracaq, həm də satıcıların işinə qayıtmasına şərait yaradacaq.
"Səlahiyyətli şəxslər bu problemi diqqətdən kənarda qoymamalıdır və ən qısa zamanda həll etməlidirlər", - deyə İğdır sakinləri bildirib.
Mehmet Nuri Güneş
Qeyd edək ki, bu il Türkiyədə keçirilən bələdiyyə seçkilərində kürd əsilli Mehmet Nuri Güneş İğdırın yeni bələdiyyə sədri seçilib. O, HEP, DEP, ÖZDEP, HADEP və DEHAP kimi erməni-kürd əsilli partiyalarda fəal rol alıb.
Mehmet Nuri Günəş 21 yanvar 2010-cu ildə Türkiyə Jandarması tərəfindən keçirilən əməliyyat çərçivəsində saxlanılıb. O, Ərzurum 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə 8 il 9 ay həbs cəzası alıb.