Türk Hava Yollarına məxsus təyyarə İstanbula eniş etdikdən sonra onun şassisi bölməsində naməlum kişi cəsədinin tapılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Bildirilir ki, sentyabrın 14-ü axşam saatlarında Amsterdamdan uçan Türk Hava Yollarına məxsus “Airbus A330” təyyarəsi İstanbul hava limanına endikdən sonra texniki işçilər təyyarəyə baxış keçirərkən eniş aparatının bölməsində cəsəd aşkar ediblər.
Faktla bağlı araşdırmalara başlanılıb. İstintaq şəxsin təyyarənin bu hissəsinə necə və nə üçün daxil olduğunu müəyyən edəcək.